Nadir Qafarzadə: "Mən əyilən oğlan deyiləm"

Müğənni Nadir Qafarzadə "Özəl" proqramında bir sıra açıqlamalar verib.

"Sherg.az"ın məlumatına görə, o, indiki dostluqlardan gileylənib:

"Son zamanlar dost sözünün mənasını anlamıram. Çünki dost həm yaxşı, həm pis günündə yanında olmalıdır. Zatən yaxşı vaxtlarımda hamı ətrafıma yığılır. Pis zamanlarında isə belə deyil. Dəniz kimi çəkilirlər, qeyb olurlar. Pandemiya dövründə bunları gördüm. Bir dostum mənə zəng etmədi. Qorxdular ki, pul istəyərəm. Yox! Mən əyilən oğlan deyiləm".