Məşhurlar Vüsaləyə başsağlığı verdilər: "Sənə kədər yaraşmır"

Aparıcı Vüsalə Əlizadənin qardaşı Əlihüseyn Əlizadə avtomobil qəzasında dünyasını dəyişib. Astara-Şahağacı yolunda baş verən hadisə nəticəsində Ə.Əlizadə vəfat edib. 

"Sherg.az" xəbər verir ki, şou əhli məlum ölüm hadisəsi ilə bağlı paylaşım edib. Onlar sosial şəbəkə hesablarında aparıcıya başsağlığı veriblər. 

İlkin Əhmədov: "Sözün bitdiyi andır. Vüsalə xanım, siz bu acını yaşamalı deyildiniz. Həmişə həyatın bir gözü yaşlı, digəri gülər keçib. Gərək, bu da olaydı? Allah balan Diləyə xatir sənə və anana səbr, güc, dözüm versin".

Zaur Baxşəliyev: "Çox ağır və üzücü xəbərdir. Allah rəhmət eləsin. Dünya fani və etibarsızdır".

İbrahim Borçalı: "Bacım, Tanrıdan sənə səbr diləyirəm. Bu acını mən yaşadım. Başqa yolumuz yoxdur,  dözməliyik". 

Günel Məhərrəmova: "Hələ də inana bilmirəm. Kaş yalan olardı. Kimsə telefona cavab vermir ki, dəqiq bilim. Əlihüseyn tək Vüsalənin yox, mənim də qardaşım idi. Mehriban, saf, ürəyi təmiz oğlan idi. Vüsalə, acın acımdır. Bilirəm indi nələr yaşayırsan".

Nadir Qafarzadə: "Vüsalə, Allah qardaşına rəhmət eləsin. Heç inanmadım. Sənə kədər yaraşmır. Yaxşı dostsan".

Ülkər Yaşarqızı: "İnanmaq istəmirəm. Söz tapa bilmirəm. Beş bacının bir qardaşı, gözəl, tərbiyəli, ağıllı insan idi. Tanrı səbr versin. Çox pis olmuşam".

Qeyd edək ki, Ə.Əlizadə 1989-cu il təvəllüdlüdür. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.