Nigar Şabanova: "Dünya başıma döndü" 

Xanəndə Nigar Şabanova qardaşı avtomobil qəzasında dünyasını dəyişən aparıcı Vüsalə Əlizadəyə başsağlığı verib. 

"Sherg.az"ın məlumatına görə, o İnstaqram hesabında bunları yazıb:

"Sağalmaz yarana qurban. Qardaşı olan bacılar bilər, o kimdir, necə qüvvədir. Əvəzsiz varlıqdır. Min ər, min sevgili, bütün bəşər qardaşın bir telinə qurban olsun. Məncə, hər bacı bu sözü deyər. Allah səbrini versin. Dünya başıma döndü".