Flora Kərimovadan ŞOK açıqlama: "İlhamənin uşağının atası evli idi"

Xalq artisti Flora Kərimova mərhum həmkarı İlhamə Quliyeva ilə bağlı şok faktlar açıqlayıb. 

"Sherg.az" xəbər verir ki, o, bu haqda "Onun sirri" proqramında danışıb.

Sənətkar uzun illər qalmaqal yaşadığı İ.Quliyevanın həyatı haqda bunları söyləyib:

"Uşaq gözləyirdi, özü də gizlətmirdi. Paltarını dartırdı ki, halı görünsün. Hər qadın kimi o da ərə getmək istəyirdi. Faiq adlı oğlanla ailə həyatı qurdu. Övladı olmalı idi. Xəstəxanaya getdi. İki ay sonra həmin yerə Zumrudlə mən də yollandım. Çox şeylər eşitdim. İlhamə xəstəxanaya cüt girib, tək çıxıb. Həmin adam evli imiş. İlhamə onun sözünə əməl etmədiyini düşündü. Ona görə uşağı tələf etdi. Ana olmağı arzulayırdı. Məncə, ünvansız uşaq dünyaya gətirmək istəmədi. Nə qədər acı dilli olsa da, qadın idi. Qisməti yaxşı deyildi".