Rəqsanə KÖVRƏLDİ: "Düşünürəm ki, dünyadan tez köçəcəm"

Müğənni Rəqsanə İsmayılova yeni layihəsi haqda məlumat yayıb. 

"Sherg.az" xəbər verir ki, ifaçı qızı Aysunla duet oxuyacağını söyləyib:

"Bəstənin adı "Daş düşəydi" olacaq. Kimsənin başına daş düşməsin. Allah hamının köməyi olsun, pislər də yaxşılaşsın. İki günlük dünyadır. Sultanlara qalmayan dünya kimə qismət olacaq? Nədənsə düşünürəm ki, tez öləcəm. Lakin həyat gözəldir.  Hələ varıq, yaşayaq, yaradaq"