Şəbnəmin atası qızı haqda: "O, oğlan kimi böyüyüb"

"Atv"nin əməkdaşları müğənni Şəbnəm Tovuzlunun doğulub boya-başa çatdığı evdə qonaq olub. 

"Sherg.az" xəbər verir ki, ifaçının atası qızı haqda bunları söyləyib:

"Uşaqlıq illərindən onu dərsə yönləndirməyə çalışdım. Olmadı. Qız kimi deyil, oğlan kimi böyüdü. Anası rəhmətə gedəndə bir yaşı var idi. Onun yoxluğunu hiss etmədi. Xoşum gəlmir, baxdığın övlada ögey desinlər. Televizorda onun mədəniyyətini, danışıq tərzini izləyirəm. Efirə çıxmaq asandır, lakin xalqın məhəbbətini qazanmalısan. Bizim ziyalı incəsənət adamları ilə ünsiyyəti çox yaxşıdır".