Aktrisa övladlığa əfqan uşağı götürmək istəyir

“Çox istərdim əfqan uşaqlardan birini himayə götürüm anası olum. Amma hara müraciət etmək lazımdır bilmirəm”.

 “Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqram hesabında xalq artisti Naibə Allahverdiyeva yazıb.

Onun istəyi izləyiciləri tərəfindən tənqid olunub.

Bir istifadəçi “Aktrisa kimi sizə hörmətim var. Belə ürəyiniz yanırsa, öz uşaq evlərimiz körpələrlə doludur”.

Sənətçi izləyicisinin şərhini cavabsız qoymayıb:

“Əziz insan, bizdə uşaqlar dövlətin himayəsindədir. Bunlar isə dövlətsiz, sahibsizdirlər. Qəlbində mərhəməti, imanı olan insan məni başa düşər. Onlardan bir uşağı övladlığa götürmək, onun həyatını xilas etmək deməkdir. Uşaqları qul kimi satırlar, öldürürlər”.