Nüşabə Ələsgərli qızı ilə kürkəninin görüntülərini paylaşdı-FOTOLAR

Müğənni Nüşabə Ələsgərli qızı Nigarın toyundan yeni fotoları izləyiciləri ilə bölüşüb.

“Sherg.az” xəbər verir ki, sənətçinin paylaşımı izləyicilərinin marağına səbəb olub.

Onlar ifaçıya təbriklərini çatdırıblar.

Qeyd edək ki, Nigar Türkiyə vətəndaşı Doğanla 2019-cu ilin dekabrında nişanlanıb. Cütlüyün toyu pandemiyaya görə ötən il Türkiyədə baş tutub. İkinci toyları isə yaxın günlərdə paytaxdakı şadlıq evlərinin birində keçirilib.