Tolik İlhamə Quliyeva haqda: “Sağlığında qapına gül düzən "manıslar" indi şəklini paylaşmadılar”

Xalq artisti İlhamə Quliyeva yaşasa, 78 yaşı tamam olacaqdı. Avqustun 17-i mərhumun doğum günü idi. Bu münasibətlə sevənləri, sənət dostları sosial şəbəkələrdə onu yad ediblər.

“Sherg.az” xəbər verir ki, prodüser Tarix Əliyevin( Tolik) paylaşımı xüsusilə diqqət çəkib.  O, statusda bu sözləri yazıb:

“Yoxluğunda çoxu istəsə də, nə yerini tuta bildilər, nə də sən oldular.  Ola bilməyəcəklər də! Sağlığında qapına güllər düzən bəzi manıslar  indi kimdənsə, nədənsə çəkinib şəklini paylaşmadılar. Sən İlhamə oldun, sözünü dedin, tarixdə qaldın”.