Xumar Qədimova: "Sözümü yerə salma..."

Əməkdar artist Xumar Qədimova bacısı ilə duet oxuyub. O, sevənlərinə süpriz edərək “Heç bir şey söyləmə” adlı mahnını bacısı Matanla birgə ifa edib.

“Sherg.az” xəbər verir ki, sənətçi yeni mahnısı haqda bu sözləri yazıb:

“Səsinə qurban olduğum, təşəkkür edirəm. Baxmayaraq ki, illərdir oxuman üçün sənə yalavarıram. Səndən gözəl nəğmələr gözləyirəm. Sözümü yerə salma, kömür gözlü Matanım”.

İki bacının ifası dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb. X.Qədimovanın bacısının səsi olduqca bəyənilib.