Pərvin Abıyevanın evindən 120 min manat pul oğurlanıb

Aktrisa Pərvin Abıyeva illər öncə başına gələn bir olaydan danışıb.

“Sherg.az” xəbər verir ki, o, “Onun sirri” proqramında evindən 120 min manat pul oğurlandığını söyləyib:

“Kimin etdiyini bilirəm. Hadisə araşdırıldı,  üstü açıldı, oğrunu tapdıq. Pulu ala bilmədik, xərcləmişdi. Bir az özəl məsələdir. Ona görə açıqlamaq istəmirdim. Bunu heç vaxt danışmamışam. Artıq illər keçib, məsələ qapanıb”.