Səfurə Əlizadə:“Yox, toylara getmərəm

Müğənni Səfurə Əlizadə uzun müddətdən sonra “Möcüzə” adlı yeni mahnısını dinləyicilərinə təqdim edəcək.
“Sherg.az” xəbər verir ki, o, bu haqda “Özəl” proqramında qonaq olarkən danışıb. “ Məclislərdən dəvət gəlsə, gedərsinizmi?” sualına gəlincə sənətçi bunları deyib:
“Yox, toylara getmərəm. Çünki  yeni mahnımla bağlı Türkiyədəki şirkətlə danışılacaq. Bunlar ətraflı düşünüləcək. Mənim  bir çərçivəm olacaq. Ondan kənara çıxmayacam. Bura da toylar daxil deyil”.