Gülaydan Tacirə replika:“O mahnı Şahmalıoğlunun yadına düşmürdü” 

Müğənni Gülay Zeynallı növbəti açıqlaması ilə diqqət çəkib.
“Sherg.az” xəbər verir ki, o, bir mahnısından bəhs edərkən həmkarı Tacir Şahmalıoğluna replika atıb:

“Mən sezona görə mahnı oxumuram. Yay-qış fərqi yoxdur, könlümdən keçəni ifa edirəm. Bəzi sənətçilər qışda həzin mahnılar səsləndirirlər. Hacı Nazimə zəng etdim ki, bir mahnı oxumaq fikrim var. Dedi, gəl dinlə, seç. Onun illər öncə yazdığı mahnı rastıma çıxdı, T.Şahmalıoğlu ifa edirdi. Söylədim ki, mən də oxumaq istəyirəm. Qayıtdı ki, axı Tacir müəllimin mahnısıdır. Dedim ki, nə olsun? Başqa mahnı yox, bunu alım, zəng edib Tacir müəllimdən izin istəyək. Nazim əlaqə saxladı, danışdı, icazə verdi. Düzdür, mən oxuyana qədər o mahnı T.Şahmalıoğlunun yadına düşmürdü. Sonradan ifa etməyə başladı. Lakin nə edə bilərdik? Söhbət “Ey vəfalı yarım” mahnısından gedir. Oxudum. Repertuarımda qəliz musiqilər olanda xoşuma gəlir. Bu da onlardan biridir”.