Şəbnəmdən izləyicisinə:"...Bədbəxtsən"

Ailəsi ilə birgə Qəbələdə istirahət edən müğənni Şəbnəm Tovuzlu növbəti dəfə fotolarını İnstaqram profilində yerləşdirib.
“Sherg.az” xəbər verir ki, o, yenidən tənqid atəşinə tutulub. Sosial şəbəkə istifadəçilərindən biri “Bıçaqla çəngəli düzgün saxla. Səndən adam olmadı da” deyərək ifaçıya irad bildirib. Şəbnəmdən həmin izləyiciyə cavab gecikməyib:
“Sənin kimi lazımsız bədbəxtlər, xain, zavallılar ancaq səhv axtarırlar. Bilirsən niyə? Çünki bədbəxtsən”.