Cavanşir yenə tənqid olundu:"Qadın kimi bəzənir, botoks etdirir..."

Aparıcı, psixoloq İlham Mirzəyev  etiraf verilişlərinin birindən arxiv video paylaşıb. Həmin görüntülərdə müğənni Cavanşir Məmmədov da yer alıb.
“Sherg.az” xəbər verir ki, İ.Mirzəyevin izləyiciləri C.Məmmədovu tənqid ediblər. Bir istifadəçi “Qadın kimi bəzənir. Botoks və sair etdirib. “Kişi gəzər” açıqlamasını da bu verdi. Yazıqlar olsun ki, sənin kimilərin qarşısına özünüz kimilər çıxmır” rəyini yazıb.
İ.Mirzəyev müğənnini müdafiə edib:
“Ay xanım, sənət adamıdır. Qoca kimi görünmək istəmir”.
Digəri yumorla “Bu kişinin bığı haradadır?” sualını ünvanlayıb.
Aparıcı sözügedən şərhi də cavabsız qoymayıb:
“İndi bığ saxlayan var? Siz də qoca kişiyə “ilişirsiniz””?