Pərvin ”Patı” ilə arıqlayıb? - CAVAB:"Məni kasıb bilirsiniz ki..."

Aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayım açıb. O, izləyiclərinin suallarını cavablandırıb. Lakin bir istifadəçinin "”Patı” ilə arıqlayıb” rəyi sənətçini hiddətləndirib.
“Sherg.az" xəbər verir ki, o bu sözləri deyib:

“Məni elə səviyyəsiz, kasıb bilirsiniz ki, onunla arıqlayım? Bunu deyəni məhkəməyə verib, hər şeyini alaram. İstədiyim təzminatı tələb edə bilərəm. Analizlə yoxlamaq asandır. Ağzınıza gələni danışmayın. Dünyanın bahalı narkotik vasitələri qala-qala, mənə “patı”nı yaraşdırdınız?  Bahalı nəsə desəniz, yanmaram. İllərdir, idman edirəm. Bunları görmürsünüz?! İnsanda səviyyə olmalıdır. Ürək bulandırmaq üçün söz yazmayın. Özünüzə neqativ götürürsünüz”.