Deniz Akkaya həbsdən çıxdı

Sosial şəbəkə fenomeni Selin Ciğerci ilə məhkəməlik olan və hakimin qərarını icra etməyən Deniz Akkaya 3 günlük həbs olunmuşdu.

"Sherg.az" axşam.az-a istinadən xəbər verir ki, model bu gün azadlığa çıxıb. O, həbsxanada çıxışında onu görüntüləyən media nümayəndələrinin suallarını cavablandırıb.

Akkaya "Burada dramatik bir hekayə çıxarılacaq bir vəziyyət yoxdur. Üç gün içəridə qaldım.Bu 3 gün həyatımda yaşamayacağım bir sınaq oldu. Çoxlu kitab oxudum" sözlərini söyləyib.

Selinlə bağlı suallara isə Deniz "Onun haqqında danışarkən Okan deyəcəm. Həbsdə olanda mənim çıxanda danışmamağım üçün qərar çıxarılmasına çalışıb. Məhkəmə isə belə bir axmaq durumun olmayacağını deyib. Danışmağıma mane oluna bilməz. Dananın quyruğu qopacaq. Onun FETÖ ilə əlaqəsi var" deyə, açıqlama verib.