Nəfəs və Vəfa arasında qalmaqal:"Mən belə etmərəm"    

“Heç vaxt, heç yerdə” verilişində müğənnilər Nəfəs və Vəfa Şərifova arasında qalmaqal yaşanıb. 
“Sherg.az” xəbər verir ki, V.Şərifova aparıcılıq etsə, çox fərqli olacağını söyləyib:
“Qonağa ürəyim istədiyi kimi sual verərəm. Məsələn, aparıcılar hər sualı ünvanlamır, müəyyən sərhədləri var. Mən isə belə etmərəm”.
Nəfəs həmkarı ilə razılaşmayaraq, efirdə hər mövzunu danışmağın düzgün olmadığını söyləyib. Vəfa fikrini belə əsaslandırıb:
“Elə məsələlər var ki, aparıcılar deyir, kiminsə “dayı”sına görə, bunu soruşmayım. Mən bunu etmərəm. Bütün aparıcılarımız belədir”.