Damla 12 minlik maşını basdırdı! - Münasibət: “Qazimizə versəydi...”

Əli Mirəliyev:"Bütün bunların hamısı ədabazlıqdır, axı ortalığa çıxaracaq bir şeyləri yoxdur”

Şamil İbrahimov:“Bir də ki, dünyada klip üçün maşın partladırlar. Bu nədir ki?”


Müğənni Damlanın “Üzərlik” adlı mahnısına çəkdirdiyi klip müzakirə doğurub. Buna səbəb ifaçının klipdə “Subaru” markalı avtomobili  torpağa basdırması olub. Ekran işinin rejissoru  mətbuata açıqlamasında maşının qiymətinin 12 min AZN olduğunu söyləyib. Bu da  sosial şəbəkələrdə tənqid atəşinə tutulub. Damlanın yerə basırmaq üçün on iki min manat xərcləməsinə irad bildiriblər. Əli Mirəliyev də gənc sənətçini tənqid edib:
“Damla oxuyan olsaydı, ürəyi olardı və o maşını torpağa basdırınca hansısa qazimizə verərdi. Yaxşı musiqiçinin yaxşı da ürəyi olur. Bunlarda o düşüncə, hissiyyat yoxdur deyə nələrsə edirlər ki, yadda qalsınlar. Bütün bunların hamısı ədabazlıqdır, axı ortalığa çıxaracaq bir şeyləri yoxdur”.

Biz də sənətçinin prodüseri Şamil İbrahimovla əlaqə saxlayaraq sözügedən ittihamlara mövqelərini öyrəndik. Şamil bəy “Sherg.az”a maşının qiymətinin 12 min manat olmadığını dedi:

“Biz maşını icarəyə götürdük, işimizi gördük, basdırdıq, sonra da çıxarıb qaytardıq. Klipin ümumi xərci 12 mindir. Bunları kim yazır bilmirəm  Bir də ki, dünyada klip üçün maşın partladırlar. Bu nədir ki? Niyə böyüdülür? Bizdə də olsun da. Başqalarına baxıb həsəd aparmalıyıq?  Camaat kosmosa uçur. Elə bahalı maşın deyildi. Sağ olsun, Ə.Mirəliyev. Sənət adamıdır, əksinə bizi başa düşməlidir, dəstəkləməlidir. Yenə də problem deyil”.