Aparıcı:"Boşanmamışam, amma ayrı yaşayırıq"

Aparıcı Zümrüd Bədəlova “Onun sirri” proqramında həyatı ilə bağlı şok faktları açıqlayıb.
“Sherg.az” xəbər verir ki, o, “Həyat yoldaşınızdan müflis olduğu üçün ayrıldığınız doğrudurmu" sualına gəlincə bunları söyləyib:
“Cavab verməkdən imtina edirəm. Mən o insanla hələ də evliyəm. Rəsmi nikahımız var, boşanmamışam. Amma ayrı yaşayırıq. Bu dedi-qodulara, suallara cavab vermək istəmirəm. Soyadım Bədəlovadır. Onun soyadını mənə vermədilər. Rəsmi nikahımızın belə harada olduğunu bilmirəm, hər şey Rusiyada oldu. Yeddi ildir bu durum belə davam edir”.