Könül Kərimova ölümdən döndü:"Dedilər, burada sənə yer yoxdur"

Koronaya yoluxan əməkdar artist Könül Kərimovadan xəbər var.
“Sherg.az”ın məlumatına görə, o İnstaqramda növbəti dəfə fotosunu paylaşıb və bunları yazıb:
“Hər qaranlıq gecənin bir işıqlı sabahı var. Bu günümüzə şükürlər olsun.  Bütün sabahlarımız xeyirə açılsın. Sizi sevirəm, özünüzü qoruyun. Özünüzə yaxşı baxın, hər dəqiqənin, hər saniyənin qədrini bilin. Allah hər birinizi qorusun”.
Sənətçi müğənni-bəstəkar Hacı Nazimin “ Keçmiş olsun. Arada sizə zəng etdim. Bütün nömrələr bağlı idi. Heç vaxt xəstələnməyin” şərhini də cavabsız qoymayıb:
“Buralarda deyildim. Çox uzaqlarda idim. Allah heç birinizin yolunu o tikanlı tərəflərə salmasın. Nə isə... Mən də yarı yola qədər getdim. Dedilər, burada sənə yer yoxdur. Tıxac var idi”.