Ayanla Nadir "gül vurdular": "Öpüşməyiniz çirkin görünür” - FOTOLAR

Müğənnilər Nadir Qafarzadə və Ayan Babakişiyeva növbəti dəfə tənqid atəşinə tutulublar. Buna səbəb onların paylaşdığı səmimi görüntüləri olub.
“Sherg.az” xəbər verir ki, Ayan sözügedən paylaşıma “Dünyanın sonudur. Yazın” şərhini əlavə edib. Sosial şəbəkə istifadəçiləri onların yaxınlığını düzgün hesab etməyiblər.
“Metbex_alemim_”: “Nadirin arvadı bunları görmür”?

“Muhemmed_xedice_”: “Bir-birinizi sevirsiniz? Nadir, ayıbdır. Sənin xanımın var, ona hörmətsizlikdir. Nə deyirsiz, deyin, amma uzaqdan çirkin görünür”.
“Azismishehla”: “ Nadir, səni çox istəyirəm, evdə gül kimi həyat yoldaşın var. Ayana görə, uşaqlarının anasına hörmətsizlik etməyə dəyərmi? Öz xanımınla belə sarmaş-dolaş pozalar verərdin ki, düşmənlərin bağrı çatlasın. Heyif!”.