Müğənnidən etiraz dolu notlar: “Əxlaqsızlıq, cahillik dəb olarmı?!”

“Heç bir zaman xor görmədim, gülmədim, fikrimdə belə əzmədim. Bir çoxlarını izləyib “fenomen”edənləri tənqid etmədim. Bu həyat seçimlərdən ibarətdir və hər kəsin seçimi özünə xasdır”.
“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqram profilində müğənni İradə İbrahimova yazıb. O, iki övladının olduğunu vurğulayaraq onların seçmlərini nə vaxt edəcəyini bilmədiyini söyləyib:
“Sadəcə bildiyim bir şey var, “ədəbləriylə yaşasınlar”. Əxlaq qaydalarına riayət, hədd, sərhəd bu dünyadakı hər kəsə məxsusdur. Bir az ədəb, tərbiyə lazımdır! Həddini aşan aşanadır. Artıq dərk edin,hər kəs özünə cavabdehdir, amma ədəbiylə. İzləməməklə olmur, bəzən baxın, beləcə gəlib gündəmdə "otururlar". Necə yaşayırsan yaşa, ancaq ədəblə yaşa! Bəzi vaxtlar gördüklərimə çox üzülürəm və ürəyim bulanır. Ədəbsizlərin mükafatlandırıldığı etibarsız həyatlara üzülürəm… Təəssüf hissiylə yazıram,  etibar ilə məşhurluq bir-birinə qarışıb. Hamı məşhurdur, fəqət neçəsi etibarlıdır?! Əxlaqsızlıq, ədəbsizlik, cahillik dəb olarmı? Çox acı, təəssüf, lakin oldu. Bu bir həqiqətdir. Yalnız bildiyim bir həqiqət daha var: Allah, yaxşı insanları, pislərlə sınayar. Yaxşıları pislərə yar etməz. Bu yaşıma gəldim, çox şükür əksini görmədim”.