Nura "ÜSYAN ETDİ": "Sonumuz hara gedir?"

"Məktəbləri yenə onlayn sistemə keçirdilər. Bu qərarla uşaqlarımızın həyatını məhvə aparırlar".

"Sherg.az" xəbər verir ki, bu sözləri Feysbuk profilində müğənni Nura Suri yazıb. O, fikirlərinə bunları da əlavə edib:

"Onlayn təhsil uşaqları şikəst edir. Bütün günü kompüterin qabağında, evdədirlər, başqa uşaqlarla ünsiyyətləri olmur. İşə gedən valideynlər nə etsinlər? Dayə tutmağa, internetə, kompüter və planşet almağa imkanı olmayanlar nə etsinlər? 
Vaksini demək olar ki, məcburi ediblər. Bu qədər insan peyvənd olunub. Yenə cərimələr, yenə online dərs. Bu iki ildə nə dəyişib? İnsanlar əsəb və qorxu içində yaşayırlar. Sonumuz hara gedir?"