Pərvin Abıyeva "Fulya" filmindən DANIŞDI: "Həddindən artıq ağırdır"

Son Qarabağ savaşında Azərbaycanda xidmət edən türkiyəli jurnalist Fulya Öztürkə həsr olunan "Fulya" filminin çəkilişləri tamamlanıb. "Sherg.az" xəbər verir ki, aktrisa Pərvin Abıyeva "Fulya" haqda fikirlərini izləyiciləri ilə bölüşüb: "Bilirəm hər biriniz bu filmi gözləyirdiniz. Nəhayət kino hazırdır. İlk izləyicilərindən biri olaraq deyə bilərəm ki, həddindən artıq ağır filmdir. Sizi yaxın keçmişə aparacaq. Allah şəhidlərimizə rəhmət eləsin".