Yeni filmi üçün bunu etdi

Hollivud ulduzu Natali Portman formada qalmağının sirlərini açıqlayıb.


Axşam.az xəbər verir ki, bu haqda "Vanity Fair" nəşrinə danışan 40 yaşlı oyunçu sistemli olaraq idmanla məşğul olduğunu bildirib.


Yeni filmində canlandıracağı obraza uyğun əzələ yığan Portman roluna haqqını vermək üçün 4 ay ərzində ciddi məşqlər və pəhriz rejiminə riayət etdiyini söyləyib:

"Çəkilişlərdən 4 ay əvvəl bir məşqçi ilə yola çıxdım. Çox çalışdıq, ağırlıq qaldırdım və protein qəbul etdim. Daha əvvəl etmədiyim ağırlıqda bir məşq proqramı idi".