Nazpəri Dostəliyeva oğlunun vəsiyyətini AÇIQLADI:  "Əli dedi ki, oğlumu anasının əlində qoyma"

Xalq artisti Nazpəri Dostəliyeva ilk dəfə oğlu Əlinin ölümündən danışıb.

“Sherg.az” xəbər verir ki, o, “ 1 dəqiqə” verilişində qonaq olub. Sənətçi oğlunun son anlarını yada salaraq bunları söyləyib:

“O, dünyadan köçəcəyini bilirdi. Mən isə anlamırdım, daha doğrusu inanmırdım. Son bir neçə ildə ailəsi ilə bağlı problemləri oldu, boşandı. Fikir edirdi, həyəcanlanırdım, amma mənə söyləmirdi. Əsəbləşəcəyimi bilirdi. Ona görə ürəyinə atırdı, sonda da belə oldu. Sonuncu dəfə həkim söylədi ki, Nazpəri xanım, toxunmayın.  Əli mənimlə danışdı, onu qucaqladım bağrıma basdım. Dedi ki, ana sənə çox əziyyət vermişəm, güclü qadınsan, sənətkarsan, sevənlərinin gözlərini yolda qoyma. Mən də anlamıram ki, niyə belə danışır. Bacımı çağırdım, söylədim ki, balam, nə üçün belə deyir? Əli də son sözlərini dedi, əlimdən öpdü.  Qırx il bir qorxu ilə yaşayırdım. O gün oğlumu itirməkdən qorxduğumu anladım”.

Aparıcının “Oğlunuza  həyat yoldaşı xəyanətmi edib?” sualına gəlincə N.Dostaliyeva bu barədə danışmaq istəmədiyini deyib:

“Səbəbsiz nəsə olmur. Söhbəti burada bitirmək istəyirəm, çünki mənim nəvəm, Tamerlanım var. Əli oğlu ilə bağlı vəsiyyət etdi. Əvvəlcə məndən halallıq istədi, sonra söylədi ki, Tamerlanı  sənə tapşırıram. Dedi ki, oğlumu kimsənin, hətta anasının belə əlində qoyma. Amma mən körpə balanı anasından ayırmaq istəmirəm, o, böyüyəndə nənəsini tapacaq. Anası uşağı verməyib nə edəcək ki? Lakin mənə verməmək hüququ da var”.