“Bu yaxınlarda yeni evə köçəndə özümdə“xəstəlik” olduğunun fərqinə vardım. Ayaqqabılara qarşı sevgi xəstəliyim var”
“Sherg.az” xəbər verir ki, bunu stilist Anar Ağakişiyev deyib.
“Üzə-düz” verilişinin qonağı olan A.Ağakişiyev ayaqqabılara xərclədiyi sərvəti açıqlayıb:
“Təəssüf, 800 cüt ayaqqabım var. Ən ucuzu 200-250 dollar, ən bahalısı isə 3 min dollardır. Qiymətləri təxminən 700-1000 dollar arası dəyişir. Kalkulyoatorla təxmini hesablama apardım. Düşündüm ki, xəstəyəm, nəyəm, bu nədir belə? Həqiqətən, bu da bir növ xəstəlikdir”.