Müğənni kasıbları aşağıladı:“Yetim-yesirlərə...”

“Ramazan ayıdır, cibində pulu, evində yeməyi olana imsak və iftar verməkdənsə, yetim-yesirlərə kömək edin”. “Sherg.az” xəbər verir ki, bu sözləri instaqramda müğənni Nüşabə Musayeva yazıb. O, ad çəkmədən bəzi şəxsləri tənqid edib: “Dünyanın ən xoşbəxt və varlı insanı rəhm, mərhəmət hiss olandır. Həqiqətən ehtiyac duyan insanlara kömək edin. “Təşəkkür, çox sağ ol” gözləmədən Allah yolunda yardım göstərin. Allah yolunda xərclədiyiniz 1 manat min olacaq. Qarşımıza çıxan körpələr, ehtiyac sahibləri bizim bu dünyadakı imtahanımızdır”.