““Yeni ulduz” zamanı artıq nişanlanmışdıq.
Yolda tanış olmuşduq. Bunu dəfələrlə demişəm, övladlarım mənə ailə mövzusunda
danışmağa qadağa qoyub”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Günün sədası”
verilişində müğənni Zenfira İbrahimova deyib. O, həyat yoldaşı Anar Heybətovla
tanışlığından, övladlarından danışıb:
“Bir baxışda xoşuna gəlmişdi. Bir müddət
keçdi, gördüm ki, ciddi insandır. Mənim də tək anam var idi, onun da anası rəhmətə
getmişdi. Bizdə bir az çətin günlər yaşandı. Dayılarım icazə vermirdi. Sonra
Anarın xalası bizə dayaq durdu, gözəl ailəmiz, iki övladımız dünyaya gəlib.
Qızım 18 yaşında, oğlum 13 yaşındadır”.