Təranə Səmədova və ərinin məhkəməsi başlayır

Tanınmış prodüser Təranə Səmədovanın və həyat yoldaşı Rasim Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Sherg.az” APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına verilib.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Təranə Səmədovanın əri Rasim Həsənov hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıb.