Müğənni Monitorinq Mərkəzinin iradını saymır:"Mahnımla fəxr edirəm"

Müğənni Mətanət Əsədova “Sevdim” mahnısında ərəb, hind, yəhudi və sairə kimi ritmlərin müşayiət olunmasına münasibət bildirib. 
Məsələ ilə bağlı “Sherg.az”a danışan sənətçi Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı “Mahnılarımız monitorinq aynasında” adlı kitabda öz əksini tapan siyahıya reaksiya verib. 
Əsədova deyib ki, sözügedən mahnısı indi də dillər əzbəridir və bu, onun üçün fəxrdir:

“Bütün ölkələrdə oxunur, nəinki Azərbaycanda. Bu, özü bir sevincdir. Yeganə mahnıdır ki,  hamı ifa edir, dildən, dəbdən düşmür. Bu elə bir mahnıdır. Lap keçmişdən indiyə qədər hind, ərəb və sariə kimi ritmlərə toxunublar. Tək Mətanət Əsədovada görünməyib. Həmin mahnıda hind musiqisindən bir hissə səsləndirmişəm. Sonra bütün müğənnilər həmin hind musiqisinə büründü, hamı elə, o tipdə mahnı yazdırdı.  Amma “Sevdim”i əvəz edən olmadı. Göz qarşısındadır, “Sevdim”ə çatan yoxdur.  Həm oxuyanda yaxşı ifa edib”.