“Oxumağımı təkrarlaya bilməz” – Mətanətdən Xatuna cavab

Müğənni Mətanət Əsədova həmkarları Xatun Əliyeva və Vasif Məhərrəmlinin efirdə onu ələ salmasına münasibət bildirib. 
Bu barədə ifaçı “Sherg.az”a danışıb. Əsədova söyləyib ki, onun dediyi hər söz trendə çevrilir:

“O mənim şəxsi həyatıma aiddir. Bu barədə danışmıram. Həmin söz kənarda dursun. Mənim hər kəlməm trenddir.  Oxuduğum kimi danışığım da dillər əzbəri olub. Bilirlər ki, düz danışmışam, haqqı demişəm, necə var, eləyəm. Kamera görüb dəyişənlərdən deyiləm. Oxumağımı təkrarlamaq olmaz, danışığımı təkrarlasınlar. Sənət yoldaşlarımdır, etsinlər”.

Qeyd edək ki, Xatunala Vasif “7 Canlı” verilişində qonaq olarkən Əsədovanın Zaur Kamalla məşhur söhbətini təkrarlayıb. Onlar “Subay deyiləm. Neçə aydır məndən xəbərin yoxdur” sözləri ilə trendə çevrilən dialoqu parodiya edib.