Babək Niftəliyev polislərə təşəkkür etdi - NİYƏ?

Əməkdar artist Babək Niftəliyev başına gələn oğurluq hadisəsi ilə bağlı açıqlama verib. 
“Sherg.az” xəbər verir ki, bu barədə xanəndə “Həmin Zaur” verilişində qonaq olarkən danışıb. Niftəliyev söyləyib ki, maşınından oğurluq edən şəxs tez tapılıb: 
“1 il bundan əvvəl oğurluq hadisəsi oldu. Cinayətkar tapıldı. Məhkəmə bu yaxınlarda yekunlaşdı. 920 manat oğurlanmışdı. Polislərimizə təşəkkür edirəm. Sağ olsunlar”.