Simge qayıqda günəşləndi! "İndi deyilsə, nə vaxt?"

Konsert marafonuna qısa ara verən Simge Sağın tətil zamanı Egey sahilinə yollanıb. Dənizin və günəşin dadını çəkən estrada müğənnisi qısa zamanda şərhlərə qərq olub.
"Qalatasaray"ın ulduzu Mauro İkardinin qollarından sonra stadionda "Aşkın Olayım" mahnısı səsləndirilən Simge Sağın dostları ilə qayıq turuna çıxıb.

Məşhur müğənni Egeyin sərin sularında  üzərək günəş vannası qəbul edib. 1,8 milyon izləyicisi olan İnstaqram hesabında tətil pozalarını paylaşmağı unutmayan Simge "İndi deyilsə, nə vaxt?" yazıb.

Fit forması ilə diqqət çəkən Simgeyə izləyiciləri, “Bu nə gözəllikdir”, “Yenə qarışdın”, “Kraliça”, “Çox qəşəng” və “Mükəmməl” kimi təriflər yazılıb.