Toydan sonra bal ayına getdilər

Aktyor Cövdət Şükürov və həyat yoldaşı, aktrisa Gülçin Qasımova bal ayına yollanıb.
OLAY yazır ki, cütlük Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) gedib. 
Cütlük Dubayda çəkdirdikləri birgə fotonu instaqram səhifələrində paylaşıb.
Qeyd edək ki, bu, Cövdətin sayca üçüncü evliliyidir. Cütlüyün toyu ötən həftə olub. Cövdət və Gülçin birlikdə “Xəyanət” adlı serialında rol alırlar.