
Sülh niyyətləri inandırıcı görünmür - RƏY
Sülh niyyətləri inandırıcı görünmür - RƏY
Yusif Nəzərli
04:53 17.04.2025
Region
570
Ermənistanın bəlli çevrələrin xeyir-duası ilə təhlükəli oyunlara başladığı göz önündədir
Ermənistanda 2025-ci il aprelin 15-dən iyulun 15-dək hərbi təlim məşqləri keçiriləcək. Hərbi təlimlərə sıravi hərbi qulluqçular, kiçik zabitlər və ehtiyatda olan zabitlər cəlb olunacaq. Xatırladaq ki, bundan öncə Ermənistan İranla birgə hərbi təlimlər keçirmişdi. Bununla yanaşı, ötən gün Ermənistan silahlı qüvvələrinə məxsus hərbi maşın karvanının hərəkəti qeydə alınıb.“Bez Tormozov” Teleqram kanalının məlumatına görə, Ermənistan silahlı qüvvələrinin fəallığının artması, təlimlərin keçirilməsi, eləcə də hindistanlı “dostlarından” alınan hərbi texnikanın sərhədyanı rayonlara daşınması göstərir ki, rəsmi İrəvan sülhdə maraqlı deyil: "Ermənistan təcavüzkar niyyət nümayiş etdirir və Azərbaycana qarşı təxribatlara hazırlaşır, bununla da, revanşist ideyaları dəstəkləyir".
Millət vəkili Sahib Alıyev "Sherg.az"a deyib ki, uzunmüddətli məşqlərə start verilər-verilməz Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə gedərək orada Avropa Birliyinin hərbi məsələlər üzrə komissarı Andryus Kubilyusla görüşüb. Deputat xatırladıb ki, görüşdə Avropa Birliyinin “sülh” fondunun xətti ilə Ermənistana verilən dəstəkdən, yəni silahlanmaq üçün pul ayrılmasından, hərbi və hərbi sənaye sahəsində birgə əməkdaşlıqdan bəhs edilib:

"Görəsən, görüşdə İran xüsusi təyinatlılarının “ya Fatimeyi-Zəhra" hayqırtıları altında məscidləri yerlə yeksan edənlərlə, içində donuz saxlayanlarla birgə təlimləri haqda da danışılıbmı? Amma bu təlimlərin qərbdəkiləri, ilk növbdədə də fransızları narahat etmədiyi, əksinə, vəcdə gətirdiyi Olivye Dekotininin sosial şəbəkədəki paylaşımından da görünürdü. Söhbət Fransanın Ermənistandakı səfirindən gedir. Səfir İran-Ermənistan birgə təlimlərindən dərhal sonra ölkəsinin xarici işlər naziri Jan-Noel Barota istinadla Avropa Birliyinin Ermənistandakı casus missiyasının daha da genişləndiriləcəyinə ümid etdiyini bildirmişdi. Dekotininin Ermənistanda ən sıx əlaqə saxladığı adam hər hansı hay rəsmisi yox, İranın Ermənistandakı səfiri, Yaxın Şərqdən yaxşı tanıdığı Mehdi Sübhanidir".
Parlamentariyə görə, Avropa Birliyi ilə İranın bizim regionda maraqları üst-üstə düşür:
"Bu maraqların arxasında onların sözdə dedikləri kimi sülh niyyətinin gizləndiyi elə də inandırıcı görünmür. Çünki İranın Ermənistanla birgə təlimləri qarşı tərəfin şərti sərhəddə atəşkəsi intensiv şəkildə pozmağa başladığı bir vaxtda oldu. Birgə təlimlərdə məqsədin heç də təqdim edildiyi kimi “şərti terrorçu qrupların sərhəd-keçid məntəqələrinə hücumlarını zərərsizləşdirmək” olmadığı aydındır. Bu, İranın bizim region üzrə ixtisaslaşan və SEPAH-a bağlı ekspertlərindən biri Ehsan Movahidianın açıqlamasında da etiraf edilir. Movahidian bildirir ki, onlar əqidə qardaşları ilə bu təlimləri “qırmızı xətt” məntiqindən çıxış edərək keçiriblər. Terrora dəstək və onu dövlət siyasətinə çevirməklə bağlı adları ən çox hallandırılan iki ölkənin guya “şərti terrorçularla” bağlı birgə təlim keçirməsi gülüş doğurur. Bir sözlə, Ermənistanın bəlli çevrələrin xeyir-duası ilə təhlükəli oyunlara başladığı göz önündədir. Əgər haylar yeni təxribat törətməyə cəhd edərsə, qarşısı qətiyyətlə alınacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm