İranda son 6 ayda 80 yaşdan yuxarı 738 kişi evlənib - Rəsmi statistika
12:29 07.10.2025
Cəmiyyət
772
45 yaşdan aşağı təxminən 17 milyon nəfər isə hələ evlənməyib
İranın Torpaq və Əhali Qeydiyyatı İdarəsinin məlumatına görə, bu ilin son 6 ayında 80 yaşdan yuxarı 738 kişi evlənib.
Sherg.az xəbər verir ki, bu kişilər arasında ən yaşlı bəyin 119 yaşında olduğu qeyd edilib.
İran dövlət televiziyasının xəbərinə əsasən, qurumun sözçüsü Əzam Kavidil bildirib ki, həmin dövrdə 80 yaşdan yuxarı 17 qadın evlənib və onların ən yaşlısı 93 yaşındadır.
İranın Gənclər və İdman nazirinin müavini Əli Rıza Rəhiminin 1 sentyabrda verdiyi açıqlamaya görə, 45 yaşdan aşağı təxminən 17 milyon nəfər hələ evlənməyib.
Rəhimi dövlət televiziyasına açıqlamasında bildirib:
“45 yaşdan yuxarı kişilərin 14 faizi, qadınların isə 4 faizi heç vaxt evlənməyib. Bu vəziyyət daimi subaylıq meylinin artdığını göstərir. 45 yaşdan aşağı kişilər arasında 9,5 milyon, qadınlar arasında isə 7,5 milyon subay var.”
Rəhimi əlavə edib ki, “evliliyi təşviq edən fəaliyyətlər” çərçivəsində ölkə üzrə 1.500 evlilik məsləhət mərkəzinə lisenziya verilib və ötən il nikah öncəsi 9.800 seminar təşkil olunub.
4 ƏSAS SƏBƏB
Bəzi iranlı mütəxəssislərin fikrincə, ölkədə evliliklərin azalmasının başlıca səbəbləri bunlardır:
iqtisadi çətinliklər,
özünə inam çatışmazlığı,
qadınlar arasında feminist yanaşmaların artması,
kişilərdə məsuliyyətdən qaçma meyli.
Rəsmi statistikaya görə, İranın əhalisi 2024-cü il məlumatlarına əsasən təxminən 90 milyondur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya