Anar Vəziroğlu Şəfiqə Nağıyevadan DANIŞDI:“Çəkilişdən əvvəl mənə...”
Yusif Nəzərli
13:31 04.04.2023
Şou
548
Şair və jurnalist Anar Vəziroğlu vəkil Şəfiqə Nağıyeva ilə efirdəki qalmaqalından danışıb.
Bu barədə “Sherg.az”a açıqlama verən Vəziroğlu söyləyib ki, məlum davadan sonra Nağıyeva ilə rastlaşmayıb:
“Pərdəarxasında hamı bərkdən danışır, amma ekranda çəkinirlər. O da siyasi səhv idi, mənə çəkilişdən əvvəl su atmışdı. Mən də adekvat cavabını verdim. Yəni bildirdim ki, cığırından çıxma, yol budur. Dedim ki, hüquqi dövlətdə yaşayırıq. Məhkəməyə verə bilərsən. Amma heç bir hüquqi addımı olmadı, olası da deyildi. Çünki udmayacaq. Ondan əvvəl orada mən kimisə müdafiə etmişdim, həmin adamı məhkəmədə udmuşdu. Onda bir şirinlik qalmışdı, 3 məhkəməni qazanmışdı. Digər məhkəmədə bizim vəkilimiz qələbə çaldı. Həmin Şəfiqə Nağıyeva uduzdu. Sonra heç rastlaşmamışıq. Əvvəllər deyirdi ki, hörmətim var və sairə.
Sadəcə gərək ali təhsil ala biləsən, fərdi psixologiyanı bilmək çox çətin olur. Gərək hər adamın öz səviyyəsində danışmağı biləsən. Jurnalistdi, fəhlədi, çobandı, prokurordu, bunların hamısı ilə danışmağı biləsən. Mənim nə ədavətim var? Küsməmişəm, deyib, cavabını da alıb. Mənim üçün fərqi yoxdur, salam verərəm, götürər, özü bilər, alar, ya almaz”.
Qeyd edək ki, “Təsir dairəsi” verilişində şair Nağıyevanın üstünə su atmışdı, daha sonra paylaşılan görüntülərdə isə bu münaqişəni birinci hüquqşünasın başlatdığı məlum olmuşdu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə