Dünyada bir ilk: Travis Scott DJ kabinəsində tarix yazmağa hazırlaşır

Travis Scott 31 may gecəsi TemaCC təşkilatçılığı ilə Rixos Tersane Istanbul daxilində yerləşən "Grand Factory"də keçiriləcək “One Night Only in the Club” tədbirində İstanbulu coşdurmağa hazırlaşarkən, gecəyə damğa vuracaq sürpriz də bəlli oldu.

Kanye West, Travis Scottın xüsusi qonağı olaraq DJ kabinəsində ona qoşulacaq. Daha əvvəl konsertlərdə eyni səhnəni paylaşan ikili, musiqi tarixində ilk dəfə bir DJ kabinəsində birlikdə yer alacaq.

Kanye Westin İstanbuldakı konsertindən cəmi bir gün sonra baş tutacaq bu görüş dünya musiqi gündəminin diqqətini İstanbula yönəldib.