Türkiyəli məşhur aktrisa Gizem Karaca qızı Leyla Yazın ilk dəfə yeriməyə başladığını sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Sherg.az xəbər verir ki, 2017-ci ildə Kemal Ekmekçi ilə ailə quran aktrisa ötən ilin iyun ayında ilk övladını qucağına almışdı.
Karaca paylaşımında duyğularını belə ifadə edib:
“Dayan, dayan... Mən hələ hazır deyiləm. Günlərdir bunun təsirindən çıxa bilmirəm. Çox böyük hissdir. Çox fərqli bir duyğudur... Bir insan ilk dəfə yeridi.”
Aktrisanın paylaşımı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.