Məşhurlar 8 Martda hansı hədiyyələrı aldılar?
Yusif Nəzərli
07:54 09.03.2023
Şou
810
Məşhurlar 8 Martda hansı hədiyyələri aldılar?
Oxu.Az məşhur sənətçilər arasında 8 Mart - Beynəlxalq Qadınlar Günündə aldıqları hədiyyələrlə bağlı sorğu keçirib. Sorğumuzda iştirak edən xanımlar bunları deyib.
Xalq artisti Məleykə Əsədova bildirib ki, ən gözəl hədiyyəni qızından alıb. Ancaq hədiyyənin nə olduğunu aktrisa açıqlamayıb.
Əməkdar artist Nigar Şabanova qızıl dəsti və çiçəyin bayramda aldığı ən gözəl hədiyyə olduğunu deyib. Hədiyyəni verənin kimliyinə gəlincə isə, müğənni sadəcə “Ən yaxın insanımdan” cavabını verməklə kifayətlənib.
Müğənni Sevda Yahyayeva bayramda çoxlu hədiyyə aldığını qeyd edib:
“Dostlardan, tanışlardan çoxlu hədiyyə aldım. Ancaq təbii ki, ən gözəl hədiyyəni həyat yoldaşım etdi. Əslində, mənim üçün indi ilin hər günü bayramdır, çünki balam mənim ən gözəl hədiyyəmdir”.
Əməkdar artist Nahidə Orucova qızının və kürəkəninin hədiyyəsinə daha çox sevindiyini deyib. Belə ki, aktrisanın qızı ona ev pijaması alıb.
Xalq artisti Gülyaz Məmmədova ən çox xoşuna gələn hədiyyəni oğlundan aldığını deyib.
“Ən gözəl hədiyyəni oğlumdan aldım. Həmişə olduğu, kimi ilk o, məni təbrik edir. Özüm kimidir, həmişə maraqlı və fərqli nəsə edir”.
Xalq artisti Naibə Allahverdiyeva ürəkdən edilən jestlərin onun üçün əhəmiyyətli olduğunu qeyd edərək, konkret ad çəkməsə də, dostlarının hədiyyələrini bəyəndiyini deyib.
Xalq artisti Aygün Bayramova gülləri çox sevdiyini və bayramda ən gözəl hədiyyənin gül dəstəsi olduğunu vurğulayıb. “Gülləri sizə həyat yoldaşınız almışdı?”, - sualına isə xanəndə gülümsəməklə cavab verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya