Anadolunun ortasında yoxsul bir şəhər ikən 13 oktyabr 1923-cü ildə paytaxt elan edilən Ankara, ilk illərdə yaşadığı böyük dəyişikliklərlə əcnəbi səyahətçilərin əsərlərinə mövzu oldu. Adı səyahət kitablarına düşdü. Cümhuriyyətin ilk illərində şəhərdə bulvarlar, kinoteatr, teatr binası, konsert salonları, restoran və otellərin inşa edilməsiylə şəhərin sosial və mədəni görünüşünü dəyişdi. O illərdə Ankaraya səfər etmiş isveçrəli səyyah Ernest Mamboury tərəfindən 1933-cü ildə qələmə alınmış “Ankara səyahət rəhbəri” kitabçasında şəhərin inkişafı barədə geniş məlumat verilir. Mamboury “sehirli, görünməz bir əl hər şeyi dəyişdirdi”, yazır. Qeyd edir ki, bir vaxtlar insanları qızdırma xəstəliyinə salan 40 min kvadrat metrlik bataqlıq bir ərazi artıq yoxdur. Əvəzində gözəl bir şəhər salınıb. Bir zamanlar ölülərin yatdığı yerlərdə yaşayış binaları yüksəlir. Çox sayda otel, böyük məktəblər inşa edilib. Yenişəhər, Cebeci, Çankaya, Çankırı Qapı, Gar yaxınlığında bir çox məhəllələr yaranıb. Gərgin siyasi dönəmdən sonra Ankara nəhəng inşaat dövrü yaşayır. Kitabında səyyah, Ankaranın 1836-cı ildə Prussiya Krallığından gəlmiş bir səyyah tərəfindən çəkilmiş xəritəsini və hazırda şəhərdə inşa edilmiş binalar, otellər, meydan və yollar, bağçaların fotolarını yanaşı qoyaraq böyük dəyişikliyə diqqət çəkir. Mambouy Ankaradakı otellərin ən tələbkar insanların bəyənəcəyi şəkildə olduğunu yazıb. Bunlar “Ankara Palas”, “Lozan Palas”, “Belvü Palas”, “Taşhan Palas”, “Aydın Otel”, “Meydan Palas” və “İstanbul Palas”dır. Səyyah türk mətbəxinin ləzzətini dadmaq istəyənlərə isə “Karpiç”, “Zevk”, “İzmir”, “Ləzzət” və “Yıldız” kafelərini tövsiyə edir, kinoteatrlarda alman və ingilis dilində filmlər nümayiş etdirildiyini xəbər verir. Xalq Evində isə hər cümə günü 60 musiqiçidən ibarət orkestrin konsert verdiyini yazır. Bələdiyyələrin yaşıllıqlarla bağlı müsbət fəaliyyətini tərifləyir: “Ankara yaxın zamanda Yaşıl Ankara” olacaq. Səyyah Ankaraya səfər edənlərə Mustafa Kamal Atatürkün at üstündəki heykəlini, Jülyen – Bəlqız Minarəsini, Hökumət Meydanını, Hacı Bayram paşa Camesi, Dış Qala, Dış Ala Qapı, Hisar Qapısı, Barmaq və Zindan Qapıları ilə Ağqala, Aslanxana, Yeni, İmarət cameləri, Etnoqrafiya Muzeyi, Qazi Bulvarını gəzib görməyi tövsiyə edir. Bir sözlə, səyyah kitabında Ankarada qonaq qalmaq istəyənlərə hara, necə gedə biləcəklərini, hansı oteldə daha rahat və münasib qiymətlərə gecələyə biləcəklərini də qeyd edir. Xüsusilə Yenişəhər və Çankayada qaladan günəşin qürubunu izləməyi məsləhət görür: “Bu, misilsiz mənzərədir”, yazır. Səyyahın kitabında Ankaranın qısa müddətdə necə dəyişdiyi, müasir paytaxta çevrildiyinin tərifi yer alir.
Cümhuriyyətlı taleyi dəyişən şəhər – Ankara
15:08 14.10.2021
Tarix
1572
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailə institutunu qorumaq üçün müəyyən güzəşt olunmalıdır
09:00 15.01.2025
Sosial
Analitik: Rusiya şərtlərindən bir addım da geri çəkilmir
07:56 15.01.2025
Dünya
Parlamentari: BƏƏ-Azərbaycan əlaqələri yeni mərhələyə yüksəlir
06:45 15.01.2025
Siyasət
Rusiyada Jirinovski adına təqaüd təsis ediləcək
06:27 15.01.2025
Maraqlı
Tramp-Putin görüşü İstanbul və ya Bakıda ola bilər -PROQNOZ
06:02 15.01.2025
Dünya
ABŞ bu ölkəni terrorizm siyahısından çıxara bilər
05:43 15.01.2025
Dünya
Ağlımızdan keçən fikirləri oxuyan cihaz icad edildi
04:53 15.01.2025
Sağlamlıq
Nazir bibisinə görə istefa verdi - QALMAQAL
03:36 15.01.2025
Siyasət
Bakıda mütləq tramvaylar olacaq -Ekspert
03:03 15.01.2025
Cəmiyyət
"Lukoil"in rəhbəri dəyişdi
02:21 15.01.2025
Dünya
Trans-Xəzər marşrutunu inkişaf etdirmək istəyirik - Tokayev
01:18 15.01.2025
Region
Beynəlxalq Ədalət Məhkəməsinin sədri istefa verib
00:37 15.01.2025
Dünya
Hazırda Ermənistanla nüvə danışıqları aparırıq - Blinken
00:24 15.01.2025
Gündəm
ABŞ Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərir
00:04 15.01.2025
Siyasət
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
23:55 14.01.2025
Gündəm
Sarımsaq və limon - İmmunitet deposu
23:38 14.01.2025
Sağlamlıq
"HƏMAS yenidən baş qaldıracaq" - Blinken
23:26 14.01.2025
Siyasət
İstanbulda 38 nəfər saxta içkidən zəhərləndi, 11-i öldü
23:19 14.01.2025
Dünya
Adnan Əhmədzadə "Mingəçevir"i alır - RƏSMİ
23:07 14.01.2025
İdman
Zelenski Almaniyanın müdafiə naziri ilə görüşüb
22:53 14.01.2025
Siyasət