Eynşteynin "Yetər" deyib verdiyi O POZA necə baş verdi?  - Dəyəri 125 min dollar

Bütün zamanların ən böyük elm adamlarından biri sayılan alman nəzəri fizik Albert Eynşteyn  zəkasıyla öz dövründə iz qoyub. Ölümündən sonra da bütün dünya tərəfindən hörmətlə xatırlanmağa davam edən alim zaman-zaman naməlum cəhətləri, xatirələri, arxada qoyduqları ilə gündəmə gəlməyə davam edir. Bunlardan biri də təbii ki, onun dilini çıxaran şəklidir. Bəs, o fotonun təsadüfi deyil, tamamilə şüurlu şəkildə çəkildiyini desək..? Sizcə Eynşteyn niyə belə poza vermiş ola bilərdi?

Sherg.az "Milliyet.com.tr "-yə istinadən xəbər verir ki, bütün bunlar 1951-ci il martın 14-nə keçən gecə, Eynşteynin 72-ci doğum günündə baş verdi. Almaniyada anadan olan, lakin təhsilini ABŞ-dakı "İnstitute for Advanced Study"də davam etdirən Eynşteyn üçün həmkarları Princeton Universitetində çox izdihamlı ad günü şənliyi təşkil etdilər. Onun əməkdaşlarından tutmuş görkəmli alimlərə və cəmiyyətin yüksək üzvlərinə qədər hamı orada idi. Ətraf saysız-hesabsız gözqamaşdıran işıqlarla dolu idi və qulaqbatırıcı dərəcədə yüksək səslər vardı. Bu, onun üçün adi və gözəl 72 illik yubileyi idi. Bütün gecə bütün gözlər onun üzərində oldu. Mətbuat onun davamlı fotolarını çəkirdi

Gecə boyu səs-küydən, diqqətdən və hətta parıltıdan narahat olan Eynşteyn vəziyyəti idarə etməyə çalışsa da, gecənin sonunda verəcəyi poza ilə tarixə yazılacağını ağlına belə gətirmirdi. Və fotonu çəkən jurnalistin məşhur olacağı vaxt gəldi, nəhayət gecə bitdi. Eynşteyn, keçmiş həmkarı Dr. Frank Aydelotte və arvadı Mari Jeanette-in maşınına minib. Tam yola çıxacaqları anda olanlar oldu.

Mari Jeanette, Albert Eynşteyn və Dr. Frank Aydelotte

Eynşteyn gecə boyu səssizcə qışqırdı və bütün diqqətdən çox sıxıldı. Evə getmək üçün yola düşərkən öz işlərini görən fotoqraflar Eynşteynin son kadrını çəkmək istədilər. Eynşteyn "Bəsdir!" deyə üsyan etdi. O, üsyan edəndən sonra fotoqrafların gedəcəyini düşünsə də, çox yanılmışdı.

Albert Eynşteynin üsyanından sonra heç vaxt vaz keçməyən qətiyyətli fotoqraflardan biri olan Artur Sasse tarixdə iz qoyacaq o şəkili çəkib. Eynşteyn "Bəsdir!" dedi və dilini çıxartdı,  anındaca  Sasse düyməni basdı və  həmin o foto tarixə düşdü ! Artur Sasse çəkdiyi ikinci foto ilə böyük uğur qazanıb.

O gün Artur Sasse tərəfindən çəkilmiş Eynşteynin məşhur “dil pozası” onilliklər ərzində elm kitablarında istifadə olunur və çoxumuz Eynşteyni həmin foto çərçivə ilə xatırlayırıq.

Eynşteynin məşhur pozasını çəkən fotoqraf Artur Sasse (solda).

Eynteyn məşhur pozasından sonra məkanı tərk edərkən dərindən nəfəs alsa da, ertəsi gün bu fotodan xəbər tutdu və foto çərçivə onun diqqətini çəkdi. Artur Sasse qərargahı ABŞ-da yerləşən UPI (United Press International) xəbər agentliyində işləyirdi. Ad günü səhəri ona mesaj gəldi və dedilər ki, Eynşteyn şəkli çox bəyənib. Albert Eynşteyn şəxsi təbrik kartı kimi istifadə etmək üçün UPI-dən öz şəklinin 9 çapını istədi. UPI rəsmiləri fotoda yalnız Eynşteynin görünəcəyini bildirən təbrik kartları hazırlayıb Eynşteynə göndəriblər.


Məşhur fotonun orijinalı

Məlumdur ki, Albert Eynşteyn də həmin gecə çəkdirdiyi fotoya görə Artur Sasseyə təbrik məktubu göndərib.

Orijinal şəkil UPI-də qaldı. Orijinalda Eynşteyni Dr. Frank Aydelotte və həyat yoldaşı Mari Jeanette də iştirak edirdi. 2017-ci ilə qədər qorunub saxlansa da, alındıqdan 66 il sonra hərracda 125 min dollara satılıb. Şəklin orijinal çapı sol kənarda Eynşteyn tərəfindədir..

Məlumdur ki, Albert Eynşteyn də həmin gecə çəkdirdiyi fotoya görə Artur Sasseyə təbrik məktubu göndərib.

Fotonun orijinal çapı sol kənarda Eynşteyn tərəfindən imzalanıb. İmzada bunlar yazılıb: “A.Einstein.51.”

Fotoqraf Artur Sasse tərəfindən çəkilmiş həmin foto İngiltərənin məşhur "Guardian" qəzetində "19-cu əsr şəxsiyyətinin ən məşhur mətbuat fotoşəkillərindən biri" şəkilində dərc olunub,