Azərbaycanda məqsədlərə çatmağın strategiyasını Heydər Əliyev müəyyənləşdirib -Deputat

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.                                                                                                             

Millət vəkili Musa Qasımlı ''Sherg.az"a açıqlamasında bildirib ki,15İyun-Milli Qurtuluş gününün mahiyyətini, fəlsəfəsini bilməkdən ötrü mütləq 1993- cü ilə qədərki hadisələrə diqqət yetirmək, təhlil etmək lazımdır:                                                 

''1988-ci ildən bəri Ermənistan Azərbaycanın daxili işlərinə müdaxiləsini hələ sovet hakimiyyəti olmasına baxmayaraq, həm Azərbaycan rəhbərləri, həm də mərkəzi kəsə bilmədi. Əslində, mərkəzi hakimiyyət bu əsassız iddiaları dayandırmaq istəmirdi.1991-ci ildən sonra, Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa edərkən qarşısında daxili və xarici siyasət sahəsində bir sıra vacib məsələlərin həlli dayanırdı. Daxildə müstəqil dövlət qurulmalı, planlı sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçirməli, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçid edilməli, ölkənin inkişafının açarını tapmaq lazım idi. Xarici siyasət sahəsində Azərbaycan dövlətinin qarşısında dayanan başlıca vəzifələr dövlət müstəqilliyini tanıtmaq, ölkə daxilində müstəqil dövlət quruculuğu üçün əlverişli mühiti təmin etmək, Erməniastanın hərbi təcavüzünü dayandırmaqdır. 1998-ci ildən başlayan qaçqın və məcburi-köçkün problemlərini həll etmək gərək idi. 1991-1993-cü illərdə bir-birini əvəz edən hakimiyyətlər bu vəzifəni yerinə yetirə bilmədilər.Yəni,ölkə böyük problemlərlə üzləşdi, ümumi böhran yarandı.İqtisadiyyat isə bərbad halda idi.Dövlət hakimiyyəti özünün funksionallığını itirmişdi. Hakimiyyətin qanadları arasında ixtilaflar hökm sürürdü. Mülki ilə hərbi hakimiyyət arasında ziddiyyətlər var idi. Xalqın problemlərini həll edə bilməyən hakimiyyət ilə xalq arasında uçurum yaranmışdı. Belə bir şəraitdə hakimiyyət ölkə daxilində dövlət quruculuğu üçün əlverişli şəraiti təmin edə bilmir, qonşularla münasibətlər gərgin idi.  Ermənistanın hərbi təcavüzü davam edir ərazilər bir-birinin ardınca işğal olunurdu. Bu zaman Gəncədə qiyam baş verdi.Ölkəni dövləti xarici-hərbi müdaxilədən qorumalı olan ordu siyasi intriqalarda bir vasitəyə çevrildi. Bütün bunlar azmış kimi Azərbaycanın  şimal və cənubunda xaricdən dəstəklənən seperatçılıq genişləndi. Xalq-vətəndaş müharibəsi astanasında dayandı. Bütün bunlar hamısı dövlət müstəqilliyinin itirilməsi, ölkənin parçalanması, xalqın vətəndaş müharibəsinə getməsinə aparırdı.Azərbaycan xalqının mənəvi-psixoloji böhranı baş verdi. Xalqın sabaha ümidi yox idi. İnsanlar sual edirdilər. Ölkəni bu ağır vəziyyətdən kim çıxara bilər? dövlət müstəqilliyinin itirilməsinin qarşısını kim ala bilər? Xalqın gözləri Naxçıvana- Muxtar Respublika Ali Məclisinin sədri Heydər Əliyevə yönəlmişdi. Azərbaycan xalqının dərin inamına görə ölkəni bu vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilərdi. Xalqın bu inamının əsasları vardı''.                                                                                                    
Deputat qeyd edib ki, 1970-ci illərdə Heydər Əliyev hələ sovet dövründə Azərbaycanı qabaqcıl respublikalar cərgəsinə çıxarmış, millətin başını uca etmişdi:
 ''Vəzifələrdən çıxarıdıqdan sonra Naxçıvanda ağsaqqal deputat daha sonra isə Ali Məclisin sədri olaraq Azərbaycan xalqının gələcək taleyinə müstəsna rol oynayan qərarların qəbul edilməsinin təşəbbüskarı oldu. Cümhuriyyət bayrağı ilk dəfə Naxçıvanda qəbul edilmişdi. Hələ sovet sisteminin komunist sisteminin qalmasına baxmayaraq,cümhuriyyətin üçrəngli bayrağının qəbul edilməsi inqlabi hadisə idi.Çünki Sovet dövləti müstəqillik rəmzi olan üçrəngli bayrağı qəbul etmir və düşmən sayırdı. Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda Muxtar Sovet Sosialist respublikasının adıdan Sovest Sosialist ifadəsi çıxarıldı.Yalnız Naxçıvanda qərarlar qəbul edildikdən sonra, Bakıda Azərbaycan respublikası qəbul edildi. Heydər Əliyev Naxçıvanda əhalini birləşdirərək ağır blokada şəraitində yaşamasına baxmayaraq,təcavüzkar Ermənistana cavab verərək Naxçıvan muxtar respublikasını qurdu. Bütün bu və digər amillərə görə, Azərbaycan xalqı hesab edirdi ki, ölkəni bu ağır vəziyyətdən yalnız Heydər Əliyev çıara bilər. Xalqın təkidli tələbinə əsasən və konstitusiya uyğun olaraq hakimiyyət  Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etti. Daha sonr a Heydər Əliyev milli məclisdə çıxış etti və qıyamın baş verdiyi Gəncəyə heç bir rəsmi şəxs olmadan jurnalistlərlə birgə gedərək vəziyyəti öyrəndi. Geri qayıtdıqdan sonra milli məcliin sədri seçildi.15 iyunda Heydər Əliyevin milli məclisin sədri seçilməsi  müstəqillik tarixinin dönüş anıdır. Heydər Əliyvin qarşısında çoxlu mürəkkəb vəzifələr dayanırdı. Ulu öndər Azərbaycanı dağılmaqdan xilas etti, separatçılığın kökünü bir güllə atmadan kəsdi. Ermənistana ''Horadiz əməliyyatı''-da sarsıdıcı zərbə endirildi,bir sıra ərazilər düşməndən azad edildi.Atəşkəsə getməklə ulu öndərin məqsədi ordunu qurmaq və dövləti ayaqaüstə saxlamaq ölkəni düşməndən azad etmək üçün hazırlamaq idi. O, bundan sonra ''əsrin müqaviləsi''-ni imzaladı.Bunun Azərbaycan tarxində nefti milli sərvətə çevirən ilk dövlət adamı oldu. 1995-ci ilin noyabrın 12-si konstitusiyanın qəbul olundu. Azərbaycanda ilk dəfə parlament seçkiləri keçirildi.Bir sözlə, Azərbaycanda qarşıya qoyulan məqsədlərə çatmağın strategiyasını Heydər Əliyev müəyyənləşdirdi və cənab prezident İlham Əliyev isə bunu ustalıqla davam etdirir''.