“Nuru Paşa dastanı” kitabının təqdimatı olub
19:41 14.09.2022
Tarix
2170
Sentyabrın 14-də Azərbaycanda Atatürk Mərkəzində tanınmış şair-publisist, AYB-nin üzvü Güləmail Muradın “Nuru Paşa dastanı” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən yazıçı, publisist, filologiya elmləri namizədi Məti Osmanoğlu kitab haqqında fikirlərini bölüşüb. Bildirib ki, yaradıcılığında daim vətənpərvərlik mövzusuna xüsusi yer ayıran istedadlı şairə Güləmail Murad “Nuru Paşa dastanı”nda da vətəndaşlıq mövqeyindən çıxış edərək yenə də qiymətli bədii əsər ortaya qoyub. Özünün individual yanaşması ilə bu qəhrəman obrazının təbii, bədii boyalarla təqdimatını verən müəllif oxucuya sözünün qüdrətindən doğulan elə bir obrazı təqdim edir ki, oxucu bu obraz vasitəsilə tarixi keçmişinə dönür və doğma obrazın qəhrəmanlığını sevə-sevə göz önünə gətirir. Əsər boyu qəhrəmanına sevgi sərgiləyən müəllif sözün polisemantikasından istifadə edərək obrazının təqdimatını bədii ustalıqla verir.
Tədbirdə filologiya elmlər doktorları Valeh Nəsibli, Salidə Şərifova və başqaları kitabın məziyyətlərindən danışıblar. Diqqətə çatdırılıb ki, G.Muradın “Nuru Paşanın dastanı” kitabında qardaş Türkiyənin ölkəmizə əsl qardaş münasibəti sərgilədiyinin şahidi oluruq. Əsərdə işıqlandırılan əfsanəvi qəhrəman Nuru Paşa obrazı türkçülüyün qoruyucusu kimi yadda qalır, xalqımızın ağır günündə Azərbaycanın müdafiəsi naminə vuruşur. Əsərin bədii çəkisi olduqca ağırdır.
Güləmail Muradın yaradıcılığını neçə illərdi sevə- evə izlədiklərini vurğulayan çıxışçılar diqqətə çatdırıblar ki, yaradıcılığa lirik şeirlərlə başlayan şair son otuz ildə qələmini süngüyə çevirib, hərbi mövzuda iyirmiyə yaxın kitab nəşr etdirib. “Qarabağ harayı” yalnız onun yox , bütün Azərbaycan xalqının fəryadı idi. Onun sonrakı kitablarında da qəhrəmanlarımızın döyüş yolları, torpaq uğrunda canından keçən oğulların şücaəti bədii boyalarla, həzin misralarla qələmə alınıb.
Natiqlər müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya