Prezidentin sərəncamı dəstəkləndi – ARXİVLƏR VƏTƏNƏ GƏTİRİLƏCƏK
Turan
08:29 15.02.2020
Tarix
1953
Xarici ölkələrin arxivlərində, muzey və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan sənədlərin surətləri ölkəmizə gətiriləcək. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Arxiv İdarəsi və Xarici İşlər Nazirliyi 2020-2025-ci illərdə xarici ölkələrdə saxlanılan sənədlərin aşkar edilərək, surətlərinin Azərbaycana gətirilməsini təmin etməlidir. Məlum olduğu kimi, Azərbaycanın müxtəlif tarixi dövrlərini əks etdirən xeyli sayda arxiv sənədləri və nadir əlyazmalar dünyanın müxtəlif ölkələrində saxlanılır.
Tarixçilərin fikrincə, xarici ölkələrin arxivlərində, muzey və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan önəmli sənədlərin ən azından surətlərinin ölkəmizə gətirilməsi olduqca mühümdür. Çünki tarixin bəlli mərhələlərini işıqlandırmaq, dövrün problemlərini üzə çıxarmaq üçün arxiv sənədlərinin olması zəruridir.
Dövlət başçısının sərəncamını “Şərq”ə dəyərləndirən Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov bu qərarın çox mühüm olduğunu söyləyib. F.Cabbarovun sözlərinə görə, hər yeni sənəd tariximizin naməlum və ya az öyrənilmiş səhifəsinə aydınlıq gətirir:
“Bu sahədə əvvəllər də işlər görülüb. Akademiyanın Tarix İnstitutunun əməkdaşları uzun illər boyu xarici arxivlərdə saxlanılan sənədlərin surətlərini Azərbaycana gətiriblər. Prezidentin təsdiq etdiyi proqram isə bütün bu işlərə daha da böyük stimul verəcək”.
Araşdırmaçı-yazar, kolleksiyaçı Dilqəm Əhməd də “Şərq”ə açıqlamasında bu addımı yüksək qiymətləndirib:
“Daha əvvəl də bu istiqamətdə addımlar atılıb. Bir çox hallarda Ramiz Abutalıbovun timsalında tədqiqatçılarımız mühüm işlər görüblər. Əlimərdan bəy Topçubaşının, Ceyhun bəy Hacıbəylinin arxivləri məhz onun sayəsində Vətənə gətirilib. Mən Türkiyə haqqında məlumatlıyam. Bu ölkədə bizim Cümhuriyyətlə bağlı xeyli sənədlər var. Vasif Qafarov və Qiyas Şükürov onları kitablaşdırıb. Yəqin ki, sənədlərin surətləri də onlarda var. Eləcə də Osmanlı-Səfəvi, Osmanlı-Xanlıqlar mövzusunda Türkiyə arxivlərində materiallar var. Bəs Türkiyədən nələr gətirilə bilər? Məsələn, Azərbaycan mühacirlərinin çap etdikləri jurnal və kitabların surətləri, Azərbaycan-Türkiyə münasibətlərinin bütün dövrlərinə dair materilların surətləri, özəl arxiv və kitabxanalarda saxlanılan materialların surətləri və s. İstanbulda “Qadın Əsərləri” Kitabxanasında Ağaoğlu ailəsinə aid minlərlə sənəd var. Onların ən mühümlərinin elektron surəti gətirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Papa dünyaya kritik mesaj verdi
21:38 31.05.2026
Dünya
Qazaxda qədim ənənə davam etdirilir: möhtəşəm 20 illik...- FOTO
20:57 31.05.2026
Cəmiyyət
Tramp İranla razılaşma üçün şərtləri sərtləşdirib
20:29 31.05.2026
Dünya
Erməni nazir: Qardaşım Şuşada öldürüldü, Ohanyan harda idi..?
20:03 31.05.2026
Gündəm
Trampın varis planı: Vens önə çıxır, amma şübhələr qalır
19:31 31.05.2026
Gündəm
Qriqoryan: Ermənistan Aİİ-dən çıxmağa tələsmir
18:37 31.05.2026
Gündəm
Bu ölkələrdə Ebolaya yoluxanlaın sayı 43-ə çatdı
18:03 31.05.2026
Dünya
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir
17:57 31.05.2026
Dünya
Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq - Overçuk
17:44 31.05.2026
Gündəm
”Makedon” dünyasını dəyişdi
16:52 31.05.2026
Mədəniyyət
İsrail ordusu Qəzzada HƏMAS-ın silah anbarlarını məhv etdi
16:22 31.05.2026
Dünya
Overçuk: Ermənistanda Rusiya qazından başqa heç bir qaz olmayacaq
15:57 31.05.2026
Gündəm
Xocavənd və Zəngilanda əmək haqları gecikir, işçilər yolu bağladı
15:49 31.05.2026
Gündəm
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
15:26 31.05.2026
Sağlamlıq