Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Liderin sayəsində ictimaiyyətə çatdırılıb
Yusif Nəzərli
07:15 31.03.2023
Tarix
1493
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “31 Mart - Azərbaycanlıların Soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar. Sonra Quba Soyqırımı Memorial Kompleksi və Quba Şəhidlər xiyabanı ziyarət olunub.
ADPU-nun Quba filialında təşkil olunan konfransın iştirakçıları Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Filialın direktoru, fizika elmləri doktoru Yusif Alıyev bildirib ki, 1918-ci ilin mart hadisələri Bakı Soveti və erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın kimi tarixə düşüb. Soyqırımı hadisələri Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə baş verib.
1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir. Azərbaycanlılara qarşı soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb.
Daha sonra konfransda TAİB-in sədri, akademik Sudeyf İmamverdiyev “Azərbaycanlıların 31 Mart soyqırımı bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vəhşiliyinin bariz təzahürüdür” mövzusunda məruzə ilə çıxış edib. Natiq Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən və 31 Mart soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsindəki rolundan danışıb.
Konfransda tarix elmlər doktoru Güllü Yoloğlu, akademik Sabir Tağıyev, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Televiziya və Radio Akademiyasının rektoru Telli Pənahqızı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmlər doktoru Xuraman Hümbətova, telejurnalist Mübariz Süleymanlı, qazi Qədir Quliyev çıxış ediblər. Bildirilib ki, Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında yaşanmışdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır.
Elmi-praktik konfransın sonunda TAİB-in sədri, akademik Südeyf İmamverdiyev ADPU-nun Quba filialının Elmi Şurasının qərarı ilə Türk dünyasında elm, təhsil və mədəniyyət sahəsində xidmətlərinə və Heydər Əliyev irsinin təbliği istiqamətində önəmli fəaliyyətinə görə fəxri diplomla təltif edilib. Həmçinin ADPU-nun Quba filialının direktoru Yusif Alıyev TAİB tərəfindən təhsilin inkişafında xidmətlərinə və “31 Mart - Azərbaycanlıların Soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfransın yüksək səviyyədə təşkilinə görə təltif edilib. Ona Ramin Əhmədovun müəllifi olduğu "Heydər Əliyev və antiterror siyasəti" adlı kitab hədiyyə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya
Ərdoğan: Türkiyə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir
12:23 30.08.2026
Region
Böyük fəlakət: Trilyonlarla dollarlıq ziyan vurulacaq
12:05 30.08.2026
Maraqlı
Finlyandiya Prezidenti: Rusiyanın NATO-ya hücum edəcəyinə inanmıram
11:32 30.08.2026
Dünya
Qadınlarda ağciyər xərçəngi artır
10:57 30.08.2026
Sağlamlıq
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
10:36 30.08.2026
Dünya
Səhərlər sizə yaxşı təsir edəcək 4 fəaliyyət
10:11 30.08.2026
Maraqlı