Tarixə nəzər: “Rəsulzadə faktlarla sübut edib ki, Nizami Gəncəvi...”
Yusif Nəzərli
15:06 10.03.2023
Tarix
1420
“Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə adını daşıdığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan dərin hörmətlə bağlı təşəkkürümü bildirmək istəyirəm”.
Bu sözləri Prezident İlham Əliyev martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Ölkə başçısı bildirib ki, Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir.
Nizami Gəncəvinin İranla heç bir əlaqəsi olmadığını deyən BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu "Sherg.az"a bildirib ki, O fars dilində yazsa da, öz əsərlərində Azərbaycan-Türk ruhunu əks etdirmişdir:
"Bu haqda ən düzgün məlumatı Məmməd Əmin Rəsulzadənin "Azərbaycan Şairi Nizami" əsərindən öyrənmək mümkündür. 1951-ci ildə çap edilən bu əsərdə Rəsulzadə faktlarla sübut edib ki, Nizami Gəncəvi Azərbaycan şairidir və Gəncə şəhərlərində doğulub. Hətta o dövrdə İranın bəzi tədqiqatçıları saxtakarlıqla N.Gəcəvinin əsərlərinə bəzi misralar əlavə edərək, güya onun Qum şəhərində doğulduğunu iddia etmişdilər. Lakin Rəsulzadə bununu təkzib edərək misraların saxta olduğunu sübut etdi. Digər tərəfdən Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu ölkəmizin mühacirətdə yaşamış tədqiqatçıları da araşdırıb və təsdiqləyiblər. Bundan əlavə Sovet Azərbaycanında da Nizami Gəncəvinin Azərbaycan şairi olması barəsində ciddi tədqiqatlar aparılıb. Məsələn görkəmli professor Y.Bertels araşdırmalar apararaq 1940-ci illərdə kitablarını çap etdirmiş və bu əsərlərdə Nizaminin Azərbaycan şairi olduğunu təsdiqləmişdir".
Professor qeyd edib ki, Nizami Gəncəvi öz əsərlərində türk mənşəli sözlərlə fars dilini daha da zənginləşdirib:
"N.Gəncəvinin fars dilində yazmağına rəğmən, onun əsərlərinin dilində türk mənşəli sözlər çoxluq təşkil edir. Farslar isə bu məqamdan qaçmaq istəyirlər. Ümumiyyətlə, sual yaranır ki, niyə Firdovsinin "Şahnamə" əsərindəki fars dili ilə, Nizaminin əsərlərindəki fars dili arasında böyük fərq var? Çünki Firdovsi Fars şairi, Nizami isə Azərbaycan şairidir. Yəni Firdovsidə əsasən fars irqçiliyi üstünlük təşkil edir. Nizamidə isə humanist və dünyəvi ideyalar. Bütün bunları diqqətə alsaq, görərik ki, Nizaminin İrana aidiyyatı yoxdur və həqiqətən də Azərbaycan şairidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm