Baş nazirdən magistratura ilə bağlı qərar: Yeni ixtisaslar

Nazirlər Kabineti Baş nazir Əli Əsədovun 2020-ci il 30 yanvar tarixli 26 nömrəli qərarını şərh edib. Həmin qərar “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” ilə bağlıdır.  

Nazirlər Kabinetindən bildirilib ki, qərarla təsnifata ölkə iqtisadiyyatı üçün önəmli əhəmiyyət kəsb edən sahələr üzrə bir sıra ixtisasların daxil edilməsi nəzərdə tutulur.

Nazirlər Kabineti həmin ixtisasların adlarını da açıqlayıb: “Dövlət informasiya sistemlərinin təhlükəsizliyi”, “Rəqəmsal hökumət”, “Neft-qaz çıxarmada nanotexnologiya”, “Süni intellekt”, “Məsafədən müşahidə”, “Dərman preparatlarının keyfiyyətinin təminatı”.

Bu ixtisaslar üzrə yetişdirilən mütəxəssislər iqtisadiyyatda yaranan kadr tələbatını təmin edəcək.

Bu isə yeni yaranan sahələr və iqtisadiyyatın müasirləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.